DAHA BİR HESABAT AZƏRBAYCANDA SÖZ AZADLIĞININ VƏZİYYƏTİNİN PİS OLDUĞUNU GÖSTƏRDİ

Böyük Britaniya XİN-i dünən dünyada insan haqları ilə bağlı illik hesabatını açıqlayıb.

Hesabatda Azərbaycanda söz azadlığını sarsıdan vəziyyətin pisləşdiyi xüsusi vurğulanıb. Bildirilir ki, Azərbaycan həbs olunan jurnalist və fikir adamlarına görə lobbiçilik fəaliyyətini davam etdirir. Azərbaycanda söz azadlığı həm maddi, həm də siyasi istiqamətdə tez-tez hücuma məruz qalır. Son iki ildə vəziyyət daha da pisləşib. Belə ki, müstəqil və müxalifətyönlü KİV-nin bir neçə əməkdaşı fiziki hücumlara məruz qalıb. Jurnalistlərə hücumlar artıb, bir neçə media əməkdaşı həbsdədir.  

Previous Post

EYNULLA FƏTULLAYEVİN ACLIĞA BAŞLADIĞI BİLDİRİLİR

Next Post

AQİL XƏLİLİN İŞİ İLƏ BAĞLI İSTİNTAQ DAVAM EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.