AQİL XƏLİLİN İŞİ İLƏ BAĞLI İSTİNTAQ DAVAM EDİR

“Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədovun RATİ-yə verdiyi məlumata görə, dünən (26 mart) Respublika Prokurorluğu Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Kamal Talıbov “Azadlıq” qəzetinin redaksiyasında olub.

Qəzetin əməkdaşı Aqil Xəlilin döyülməsi ilə bağlı Əhmədova suallar verilib. Bundan əlavə Aqil Xəlilin döyülən gün əlində olan fotoaparata baxış keçirilib, fotoaparatın parametrləri öyrənilib. Ağacların kəsilməsini, yandırılmasını əks etdirən şəkillər və jurnalistə hücum edənlərin fotoşəkilləri də müstəntiq tərəfindən fleş-karta köçürülərək götürülüb.
Əhmədov onu da əlavə etdi ki, Aqil Xəlil hal-hazırda Kürdəmirdədir, onun bədəninin sol tərəfində ağrı və keyimələri qalsa da, səhhəti normallaşır.

Previous Post

DAHA BİR HESABAT AZƏRBAYCANDA SÖZ AZADLIĞININ VƏZİYYƏTİNİN PİS OLDUĞUNU GÖSTƏRDİ

Next Post

İKİ JURNALİST ACLIQ AKSİYASINA BAŞLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.