Avropa Şurasının Nazirlər Komitəsi ötən həftə insan hüquqlarına dair xüsusi iclas keçirib. “Azadlıq” radiosunun məlumatına görə, Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərarların icrasına həsr olunan iclasda 25 məhkəmə işi ilə bağlı, o cümlədən “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli (Mahmudov) və qəzetin şöbə müdiri Yaşar Ağazadənin Azərbaycana qarşı işinə dair qərar qəbul olunub.
Nazirlər Komitəsi Azərbaycan hakimiyyətini ölkə qanunvericiliyinin müvafiq müddəalarını Avropa Məhkəməsinin sözügedən presedent hüququna uyğunlaşdırmağı və sanksiyalarının proporsionallığını nəzərdən keçirərkən Avropa Şurasının müvafiq təcrübəsindən yararlanmağı tövsiyə edib.
Qeyd edək ki, 2003-cü ildə “Müxalifət” qəzetində dərc olunan «Azərbaycanda taxıl mafiyası» başlıqlı yazıdan prezidentin əmisi, akademik Cəlal Əliyev xüsusi ittiham qaydasında Yasamal rayon Məhkəməsində iddia qaldırıb. Məhkəmənin həmin ilin may ayında verdiyi qərarla qəzetin baş redaktoru Rövşən Mahmudov və şöbə redaktoru Yaşar Ağazadə hər biri ayrı-ayrılıqda 5 ay müddətinə azadlıqdan məhrum ediliblər. Ancaq 2003-cü ilin may ayının 8-də Milli Məclisin verdiyi amnistiya aktına əsasən jurnalistlər məhkəmə salonundan azadlığa buraxılıblar.
R.Mahmudov və Y.Ağazadə yerli məhkəmələrin onların söz azadlığını pozduğunu iddia edərək bu işdən Avropa Məhkəməsinə müraciət etmişdilər.
2007-ci ildə isə Rövşən Mahmudov və Yaşar Ağazadə böhtan maddəsi ilə ittiham olunaraq, iki il altı ay müddətinə azadlıqdan məhrum ediliblər. Buna «A.M.A.Y. Əliyevlər ailəsinin ticarət nişanıdır» başlıqlı məqalə səbəb olub. Bu dəfə də iddiaçı akademik Cəlal Əliyev olub.
Ancaq 2007-ci il dekabrın 28-də prezidentin fərmanı ilə Y.Ağazadə və R.Mahmudov əfv edilib. Jurnalistlərin bu işlə bağlı şikayətləri də artıq Avropa Məhkəməsinin icraatındadır.