“YENİ MÜSAVAT” QƏZETİNİN GÖMRÜK KOMİTƏSİNƏ QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

Bu gün (16 mart) Yasamal rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə “Yeni Müsavat” qəzetinin Dövlət Gömrük Komitəsinə (DGK) qarşı informasiya sorğusunu cavablandırmaması ilə bağlı iddiasına əsasən məhkəmə prosesi keçirilib.

Hakim M. Hacıyeva iddianın təmin edilməməsi ilə bağlı qərar elan edib.
İddiaçı tərəfin nümayəndəsi Vaqif Hüseyn Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək.
Xatırladaq ki, DGK 2004-2008-ci illərdə hər ilin ayrıca olmaqla Azərbaycan Respublikasına malların idxalına görə gömrük daxilolmaların (ƏDV, aksizlər, gömrük rüsumları), bölmələr, mal qrupları və ən mühüm malların (o cümlədən minik avtomobilləri) üzrə göstəriciləri, həmçinin gömrük daxilolmalarından azad edilmiş idxal mallarının ümumi həcmi və mal tərkibi barədə informasiya sorğusunu cavablandırmadığına görə “Yeni Müsavat” qəzeti məhkəməyə müraciət edib.

Previous Post

ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞƏ BİLMƏYİB

Next Post

AVROPA ŞURASININ NAZİRLƏR KOMİTƏSİ AZƏRBAYCAN HAKİMİYYƏTİNƏ TÖVSİYƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.