ANS ŞİRKƏTİNƏ DƏYMİŞ ZİYAN ÖDƏNİLİB

Aprelin 26-dan 27-nə keçən gecə ANS TV-nin “İç xəbər” verilişinin “Şər içi” rubrikasının əməkdaşları ilə Yasamal Rayonu Polis İdarəsinin işçiləri arasında baş vermiş insident Daxili İşlər Naziri Ramil Usubovun tapşırığı ilə araşdırılıb. 

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)
ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev məlumat verib. “Bu məsələnin araşdırılması üçün Daxili İşlər naziri Ramil Usubov tapşırıq vermişdi. Aparılan təhqiqatın bu gün başa çatdığını bildirdilər və dəymiş ziyan – 1770 manatın Yasamal RPİ tərəfindən ANS Şirkətlər Qrupuna ödəndi” – deyən Mirşahin Ağayev vurğuladı ki, polislər xoş məram göstərdiklərinə görə yalnız dəymiş ziyanın ödənilməsi ilə razılaşaraq, polis işçilərinin cəzalandırılmasını tələb etməyəcəklər.
Məsələ ilə əlaqədar olaraq Daxilin İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı E.Zahidov bildirdi ki, Cənab nazirin nəzarəti altında məsələ araşdırılıb və ANS şirkətinə dəyən ziyan ödənilib. O, həmçinin vurğuladı ki, polis xidməti vəzifəsini yerinə yetirib və bu insidentdə heç kim günahkar deyil.
Xatırladaq ki, aprelin 27-nə keçən gecə Bakının Yasamal rayonunda “Məhəmməd Əleyhüssəlam” məscidinin sökülməsi ilə bağlı reportaj hazırlayarkən ANS kanalının əməkdaşları – Nicat Süleymanov, Elmin Muradov və Azər Balayev  Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının fiziki zorakılığına məruz qalıblar.
Previous Post

“DALĞA” GƏNCLƏR HƏRƏKATININ BİR NEÇƏ ÜZVÜ POLİS BÖLMƏSİNƏ APARILIB

Next Post

PƏRVİZ ƏZİMOV MƏHKƏMƏYƏ MÜRACİƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.