Bu gün (28 aprel) “Dalğa” Gənclər Hərəkatının bir neçə üzvü Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılıb.
Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Dalğa” Gənclər Hərəkatının sədri Vəfa Cəfərova məlumat verib.
Sədr hərəkatın bir qrup üzvünün Dağüstü Parkda açıq hava teatrı keçirmək məqsədi ilə yığışdığını və bu zaman bir neçə polis işçisinin onu və hərəkatın 9 üzvünü heç bir səbəb göstərmədən saat 13:45-də Səbail RPİ-nin 9-cu Polis Bölməsinə apardığını bildirdi: “Polis bölməsindən bildirilər ki, təşkilat üzvləri qeyri-qanuni aksiya keçirməyə hazırlaşdığı üçün bizi saxlayıblar. Orada saxlanılan bütün “Dalğa”çıları siyahıya alaraq, ünvanlarımızı qeydə aldılar.”
Məsələ ilə əlaqədar olaraq Səbail rayon Pİ-nin 9-cu Polis Bölməsi ilə əlaqə saxladıq. Növbətçi hissədən Vaqif Mirzəyev hərəkatın üzvlərinin bölməyə gətirildiklərini təsdiqlədi, lakin saxlanmalının səbəbini bildirmədi. O, həmçinin müəyyən danışıqlar aparılandan sonra onların sərbəst buraxılacaqlarını bildirdi.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov RATİ-yə məsələ barəsində məlumatlı olmadığını vurğuladı.
Qeyd edək ki, “Dalğa” Gənclər Hərəkatının üzvləri və sədr V.Cəfərova bir saat yarım polis bölməsində saxlanılıblar. Bölmədən buraxıldıqdan sonra RATİ ilə əlaqə saxlayan V.Cəfərova, bu hadisəni onların ifadə azadlığının, toplaşma və yaşamaq hüququnun pozulması kimi qiymətləndirdiyini söylədi.