MÜŞFİQ HÜSEYNOVUN İŞİ AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLİB

“Bizim Yol” qəzetinin əməkdaşı Müşviq Hüseynov barəsində seçilmiş həbs qət-imkan tədbiri haqqında qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilib.

 Bu məlumatı RATİ-yə vəkil İsaxan Aşurov verib.
Xatırladaq ki, 2007-ci il iyul ayının 26-da Nəsimi rayon məhkəməsinin hakimi Gülnarə Tağızadə tərəfindən Müşviq Hüseynov barəsində 3 ay müddətinə həbs qət-imkan tədbiri seçilmişdir. 3 avqust 2007-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəhman Mirzəyev qərarı qüvvədə saxlayıb.
Həbs qət-imkan tədbirinin müddəti bitdikdən sonra, 19 oktyabr 2007-ci il tarixində Nəsimi rayon məhkəməsinin hakimi Aygün Abdullayeva M.Hüseynov barəsində yenidən 3 ay müddətinə həbs qət-imkan qərarı çıxardıb. Bu qərar da 31 oktyabr 2007-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyov tərəfindən qüvvədə saxlanılıb.    

Previous Post

MƏHKƏMƏ HÜSEYNOV BARƏSİNDƏ QƏRƏZLİ QƏRAR ÇIXARDI

Next Post

VÜSAL HƏSƏNOVDAN ŞİKAYƏT VERİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.