QƏNİMƏT ZAHİDOVUN HƏBSİ İLƏ BAĞLI ŞİKAYƏT AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLİB

“Azadlıq” qəzetinin həbs edilmiş baş redaktoru Qənimət Zahidov barəsində Yasamal Rayon Məhkəməsinin çıxardığı iki aylıq həbs qət-imkan tədbiri haqqında qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilib.

Məlumatı RATİ-yə Media Hüququ İnstitutunun (MHİ) rəhbəri, vəkil Rəşid Hacılı verib və bildirib ki,, qanunvericiliyə uyğun olaraq həbs qət-imkan tədbiri haqqında qərardan Avropa Məhkəməsinə şikayət göndərmək üçün rayon və Apellyasiya məhkəmələrinin qərarları kifayətdir.
    Xatırladaq ki, 2007-ci il noyabr ayının 11-də Yasamal Rayon Məhkəməsinin hakimi Tahir İsmaylovun qərarı ilə Q.Zahidov barəsində iki aylıq həbs qət-imkan tədbiri seçilmişdi. Noyabrın 22-də isə Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərov bu qərarı qüvvədə saxlamışdı.

Previous Post

HƏKİM EKSPERTLƏRİN YALAN DANIŞDIĞI MƏLUM OLUB

Next Post

İŞÇİ QRUP MÜŞFİQ HÜSEYNOVUN TƏQSİRSİZ OLMASI QƏRARINA GƏLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.