QƏZETİN ƏMƏKDAŞI POLİS ŞÖBƏSİNDƏ İFADƏ VERİB

“Yeni Müsavat” qəzetinin Orxan imzası ilə yazan əməkdaşı dünən Abşeron Rayon Polis Şöbəsinə çağırılıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Mirqafar Seyidovun sözügedən şöbəyə müraciəti əsasında çağırılan jurnalistdən ifadə alınıb. Qəzetin əməkdaşından əsasən yaşadığı Abşeron rayonu üzrə ona təzyiqlərin olub-olmaması soruşulub. Lakin Orxan imzası ilə yazan şəxs vurğulayıb ki, təzyiqlər işi ilə əlaqədar olub, naməlum şəxslər redaksiyaya zəng vuraraq onu hədələyiblər və haqqında məlumat toplamağa çalışıblar. Şöbədən isə bildiriblər ki,  yaşayış yeri üzrə ona qarşı izləmə və ya digər təhlükəli hallar olarsa, polis şöbəsinə məlumat versin, dərhal tədbir görüləcək. Bu məlumatı RATİ-yə “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan verib.
 Xatırladaq ki, qəzetin 28 fevral 2008-ci il tarixli sayında dərc edilən "Fazil Məmmədovla bağlı faktlar toplanır" sərlövhəli yazıdan  sonra yazının müəllifi təhdid edilmişdi. Naməlum şəxslər redaksiyaya zəng vuraraq, yazının müəllifini axtarmış, onun koordinatları ilə maraqlanmışdılar. Bununla bağlı A.Ayxan 04 mart tarixində qəzetin əməkdaşının həyatına  və bütövlükdə redaksiya ətrafında yaranan təhlükə ilə bağlı müəyyən tədbirlərin görülməsi üçün Daxili İşlər naziri Ramil Usubova müraciət etmişdi.

Previous Post

“AZADLIQ” QƏZETİ BARƏDƏ ÇIXARILMIŞ QƏRARDAN AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏT GÖNDƏRİLİB

Next Post

İSAXAN AŞUROV EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.