QƏNİMƏT ZAHİDOVUN HƏBSİNDƏN ALİ MƏHKƏMƏYƏ ŞİKAYƏT VERİLİB

Bu gün (21 may) “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovun (Zahid) dörd il müddətinə azadlıqdan məhrum edilməsi barədə çıxarılmış məhkəmə qərardan kassasiya şikayət verilib.

Bu məlumatı RATİ-yə baş redaktorun vəkili Elçin Sadıqov verib.
    Xatırladaq ki, Zahidov 07 mart 2008-ci il tarixində Yasamal Rayon Məhkəməsinin hakimi Südabə Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə  Cinayət Məcəlləsinin 127.2.3  maddəsi (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) ilə 3 il 6 ay, 221-ci maddə (xuliqanlıq) ilə isə 6 ay olmaqla ümumilikdə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Mayın 13-də keçirilən proses zamanı Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyov bu qərarı qüvvədə saxlayıb.

Previous Post

DÜZƏLİŞ

Next Post

RƏSMİ BAKI HƏMMƏRUZƏÇİLƏRİN SON TÖVSİYƏLƏRİNDƏN NƏTİCƏ ÇIXARMAQ FİKRİNDƏ DEYİL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.