RƏSMİ BAKI HƏMMƏRUZƏÇİLƏRİN SON TÖVSİYƏLƏRİNDƏN NƏTİCƏ ÇIXARMAQ FİKRİNDƏ DEYİL

“Jurnalistlər söz və mətbuat azadlığının pozulması ilə bağlı deyil, konkret cinayət əməllərinə görə həbs olunublar”.

“AzərTac”ın yaydığı məlumata görə, bunu Azərbaycana səfəri çərçivəsində AŞ PA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Yevgeniya Jivkova ilə mayın 20-də görüşü zamanı baş prokurorun birinci müavini Rüstəm Usubov bildirib.
         Məlumata görə, həmməruzəçi ilə söhbətində Rüstəm Usubov heç bir jurnalistin peşə fəaliyyətinə görə məsuliyyətə cəlb edilmədiyini deyib. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma ilə bağlı cinayət xarakterli hər bir məlumatın da nəzarətə götürüldüyünü deyən Usubova görə, bu məsələlərlə bağlı da qanuni və ədalətli qərarlar qəbul edilib.
         AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə digər həmməruzəçisi Andres Herkelin isə jurnalistlərin azad edilməyəcəyi təqdirdə növbəti hesabatlarının daha sərt olacağı barədə bəyanatı hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə tərəfindən narazılıqla qarşılanıb. “Bakı-Xəbər” qəzetinin yaydığı məlumatda bildirilir ki, Mirzəzadə həmməruzəçinin bu fikrini vəzifəsinə məsuliyyətsiz yanaşma kimi qiymətləndirib: “O,  hesabatda iqtidar haqqında fikirləri yumşaq yazmaq üçün jurnalistlərin buraxılması tələbini qoymamalıdır, ortaya alver elementi çıxarmamalıdır. Obyektiv nə varsa onu yazmalıdır”, – deyə Mirzəzadə əlavə edib.  

Previous Post

QƏNİMƏT ZAHİDOVUN HƏBSİNDƏN ALİ MƏHKƏMƏYƏ ŞİKAYƏT VERİLİB

Next Post

ELÇİN BEHBUDOV HƏBSDƏKİ JURNALİSTLƏRLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.