DÜZƏLİŞ

RATİ-nin dünənki (19 may) press-relizində "Müstəntiq materialları təqdim etmədiyindən məhkəmə prosesi təxirə salınıb" başlıqlı məlumatda qeyd edilmişdir ki, "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin vəkili Elçin Sadıqovun Baş Prokurorluğun İstintaq İdarəsinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi təxirə salınıb.

Bu gün apardığımız dəqiqləşdirmələrdən sonra qeyd edirik ki, A.Xəlilin 22 fevral 2008-ci il tarixində döyülməsi ilə bağlı cinayət işi açılmadığından jurnalist Baş Prokurorluğu, Binəqədi Rayon Prokurorluğunu, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsini və bu İdarənin mühüm işlər üzrə müstəntiqi Əli Quliyevi məhkəməyə verib. Dünən  bu iddia əsasında  məhkəmə prosesi keçirilməli idi.

 

*Məlumatı RATİ-yə Aqil Xəlilin vəkili Elçin Sadıqov verib. Onun sözlərinə görə, hakim bu iş üzrə məhkəmə proseslərinin qapalı keçirilməsi barədə qərar qəbul edib.

Previous Post

CAVABDEHİN XAHİŞİ İLƏ MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINIB

Next Post

QƏNİMƏT ZAHİDOVUN HƏBSİNDƏN ALİ MƏHKƏMƏYƏ ŞİKAYƏT VERİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.