GƏNC FƏALIN CİNAYƏT İŞİ ÜZRƏ İSTİNTAQ BAŞA ÇATIB

Martın 29-da AXCP Gənclər Komitəsinin üzvü, gənc fəal  Cabbar Savalanlının barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama ) maddəsi ilə açılan cinayət işi yekunlaşıb. Bu barədə bu gün (31 mart)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) gənc fəalın vəkili Anar Qasımov məlumat verib.

Vəkil Anar Qasımov istintaqın belə tez yekunlaşmasını qanunsuz hesab etdiyini bildirərək, buna etiraz etdiklərini dedi. Həmçinin o dünən Cabbar Savalanlı ilə görüşdüyünü, onun səhhətindən və saxlanma şəraitindən narazı olmadığını da bildirib.

Qeyd edək ki, bir neçə gündür gənc fəalın ailəsi  onunla görüşə bilmir. C. Savalanlının  anası Təravət Əliyeva RATİ-yə  bildirib ki, martın 31-də oğlu ilə görüşmək üçün saatlarla gözləsə də buna nail ola bilməyib.

“Mən kömək üçün “Yüksəliş naminə” qəzetinin əməkdaşı Elçin Həsənova müraciət elədim. O  da aidiyyatı qurumla əlaqə saxlayıb görüşün nə zaman baş tutacağını öyrənmək istəyəndə müstəntiqin sərt münasibəti ilə qarşılaşdı” -deyə Təravət Əliyeva bildirib.

Elçin Həsənov RATİ-yə məlumatı  təsdiq edərək bildirdi ki, müstəntiq onu çox kobud ifadələrlə təhqir edib.

“Təravət xanıma kömək məqsədilə müstəntiq Ziyadxan Əliyevlə əlaqə saxladım. O da məni təhqir edərək, onların işinə problem yaratmamağımı söylədi”- deyə Həsənov qeyd edib.

Xatırladaq ki,  Cabbar Savalanlı fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Lakin onun sosial şəbəkələrdə iqtidar əleyhinə səsləndirdiyi fikirlərə görə həbs olunmağı istisna edilmir.

 

Previous Post

DEPUTAT AYTƏN MUSTAFAYEVA: HƏBS EDİLƏN GƏNCLƏR XARİCDƏN İDARƏ OLUNUR

Next Post

MƏHBUS –JURNALİST EYNULLA FƏTULLAYEVİN AZƏRBAYCAN İCTİMAİYYƏTİNƏ AÇIQ MÜRACİƏTİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.