DİFFAMASİYA VƏ İFADƏ AZADLIĞINA HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB

Bu gün (16 noyabr) “Park İnn” otelində Avropa Komissiyası  və Mətbuat Şurasının təşkilatçılığı ilə  Azərbaycanda Diffamasiya və ifadə azadlığına həsr olunmuş konfrans keçirilib.

Konfransda çıxış edən Avropa Şurası Baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek bildirdi ki, jurnalistlərə qarşı xüsusi ittiham qaydasında iddia qaldırmaq düzgün deyil. Jurnalistlərin də peşə etikasına riayət etmələri üçün davamlı iş aparmağın vacib olduğunu qeyd edən V.Kotek  “Diffomasiya haqqında” qanunun Azərbaycanda qəbul olunmaq mərhələsində olduğunu da bildirdi.

      Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, “Diffomasiya haqqında”  qanunla bağlı rəhbərlik etdiyi qurum prezident İlham Əliyevə və Milli Məclisin sədri Oqtay Əsədova müraciət edib. O, qeyd etdi ki, Cinayət Məcəlləsindən təhqir və böhtana dair maddələrin çıxarılmasında bəzi məmurlar maraqlı deyillər. Onun sözlərinə görə aparılan sorğuların nəticələrinə əsaslanan  hələ də bəzi məmurların KİV-lərin qapadılması istəyində olduğu məlum olur. Amaşov həmçinin qanun layihəsinin ictimai müzakirəyə çıxarılmasının vacibliyini də vurğuladı.

      Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Vüqar Əliyev isə bildirdi ki, Azərbaycan hakimiyyəti KİV-lə bağlı qanunvericiliyin təkmilləşdirilməsinin tərəfdarıdır. KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılmasını bu yöndə atılmış mütərəqqi addım hesab edən V. Əliyev “Diffomasiya haqqında” qanunla bağlı bəzi problemlərin olduğunu bildirdi. O qeyd etdi ki, bu qanunun tərəfdarları ilə əleyhdarları da çoxdur. Buna görə də V. Əliyev adıçəkilən qanunun qəbul olunmasında tələskənliyə ehtiyac görmədiyini bildirdi.

Previous Post

NOVRUZƏLİ MƏMMƏDOVUN AİLƏ ÜZVLƏRİNİN QALDIRDIĞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Next Post

MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ KƏSKİN AĞIRLAŞIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.