“MEDİA VƏ SEÇKİLƏR: MEDİANIN DEMOKRATİK MƏSULİYYƏTİ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

Bu gün (26 avqust) “Hyatt Regency” otelinin Quba zalında Avropa Şurası və “Yeni Nəsil” jurnalistlər birliyinin təşkilatçılığı ilə 2008-ci il prezident seçkiləri ərəfəsində Azərbaycanda media peşəkarlığının yaxşılaşdırılması ilə bağlı fəaliyyət planı çərçivəsində “Media və Seçkilər: medianın demokratik məsuliyyəti” mövzusunda bir günlük konfrans keçirildi.

Tədbiri giriş sözü ilə Avropa Şurasının Azərbaycanda İnformasiya Ofisinin direktoru İlqar İbrahimoğlu açaraq bildirdi ki,  konfransın keçirilməsində məqsəd seçkilər ərəfəsində medianın rolu, media və hökumət münasibətlərinin araşdırılması və öyrənilməsidir.
Tədbirdə Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, millət vəkili Qənirə Paşayeva, Avropa Şurasının ekspertləri Paschal Mooney, Kees Booman, Veronika Kotek, Mərkəzi Seçki Komissiyasının üzvü Azər Tağıyev və başqaları çıxış edərək seçkilərdə medianın rolu, seçkilərin obyektiv işıqlandırılması, jurnalist məsuliyyəti və peşəkarlığının vacibliyindən danışdılar. Konfransda Avropa Şurası, MSK, MM nümayəndələri ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən jurnalist təşkilatları, qəzet, radio, televiziya, informasiya agentlikləri, səfirlik və beynəlxalq təşkilatların rəhbərləri, həmçinin politoloqlar və yerli ekspertlər də iştirak edirdilər. İştirakçılara Avropa Şurasının Azərbaycan dilində çap etdiyi “Seçkilərin ədalətli və balansla işıqlandırılması” və “Avropada     ifadə     azadlığı” kitabları  da təqdim olundu.
Previous Post

QOHUMLARI MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜBLƏR

Next Post

ALİ MƏHKƏMƏ QƏNİMƏT ZAHİDİN KASSASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.