Şənbə günü (23 avqust) “Bizim Yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovun qohumları 2 saylı Cəzaçəkmə Müəssisəsində (CM) jurnalistlə görüşüb. Hüseynovun qardaşı oğlu Cavidan Hüseynovun RATİ-yə verdiyi məlumata görə, jurnalistin səhhəti ilə əlaqədar müalicəsi davam etdirilir.
Onun CM-nin rəhbərliyindən heç bir şikayəti yoxdur.
Xatırladaq ki, Müşfiq Hüseynovun ürəyində ağrılar olduğundan o həbsxanada müalicə alır.