REDAKSİYANIN QARƏT OLUNMASI İLƏ BAĞLI CİNAYƏT İŞİ AÇILIB

“Üç nöqtə” qəzetinin redaksiyasında baş vermiş oğurluq hadisəsi ilə bağlı araşdırmalar davam edir”.

Bu barədə RATİ-yə  xəbər verən qəzetin baş redaktoru Xoşqədəm Hidayətqızının  sözlərinə görə, hadisə yerindən götürülmüş əl-barmaq izləri və digər sübutlar artıq ekspertizaya göndərilib.
Məsələ ilə bağlı Yasamal rayon Ekspertiza Mərkəzinin rəisi Fuad Cavadov ilə əlaqə saxladıq. F. Cavadov isə  RATİ- yə bu faktla əlaqədar ekspertizaya heç bir maddi sübutun daxil olmadığını bildirib.
Baş vermiş hadisə ilə bağlı son durumu öyrənmək üçün Yasamal rayon Polis İdarəsinin müstəntiqi Bəhruz Məmmədovla da telefon əlaqəsi saxlanıldı. Müstəntiq RATİ-yə bildirib ki,  bu oğurluq hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 ( yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə qanunsuz olaraq daxil olmaqla oğurluq etmə) maddəsi ilə cinayət işi açılıb. Məmmədov onu da qeyd edib ki, hadisə yerindən götürülmüş əl-barmaq izləri və digər maddi sübutlar toplanaraq iki həftə ərzində ekspertizaya göndəriləcək.
Xatırladaq ki, dekabr ayının 10-da “Üç nöqtə” qəzetinin redaksiyası qarət olunub. Qarət nəticəsində redaksiyadan beş ədəd monitor və bir ədəd printer  götürülüb.
Previous Post

QƏNİMƏT ZAHİD “QƏNİMƏT HƏFTƏSİ”NİN QALİBİ OLDU

Next Post

“GÜNDƏLİK BAKI” İLƏ BAĞLI İKİ MƏHKƏMƏ İDDİASININ BAXIŞI BİR İCRAATDA BİRLƏŞDİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.