İDDİAÇI BARIŞIĞA RAZI OLMADI

Bu gün (5 may) Yasamal Rayon Məhkəməsinin hakimi Xəqani Tağıyevin sədrliyi ilə iş adamı Eldar Məmmədəliyevin təhqir və böhtan, şərəf və ləyaqətin alçaldılması iddiası ilə  "Təhqiqat" qəzetinə qarşı qaldırdığı iddia əsasında məhkəmə iclası keçirildi.

Prosesdə hakim tərəflərə barışıq təklif etdi. Cavabdeh tərəf buna razı olsa da iddiaçı Eldar Məmmədəliyev buna öz etirazını bildirdi.

Daha sonra proses  20 may saat 16:00-a qədər təxirə salındı.
            Xatırladaq ki, iddiaya səbəb qəzetin 20-30 dekabr 2007-ci il tarixli sayında "Qara gədələrin Türkmənistan və Azərbaycandakı qara əməlləri" başlıqlı məqalə olub. İddiaçı məhkəmədən qəzetin təkzib verməsini və 10 000 AZN məbləğində cərimələnməsini xahiş edir.   

Previous Post

“HÜRRİYYƏT” QƏZETİNİN GƏNCƏDƏ YAYIMI İLƏ BAĞLI ZİDDİYYƏTLİ MƏLUMATLAR VAR

Next Post

ÖTƏN HƏFTƏ JURNALİSTİ HƏDƏLƏYƏNLƏR ONU ƏMƏKDAŞLIĞA DƏVƏT EDİRLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.