MƏHKƏMƏ JURNALİSTİN VƏSATƏTİNİ TƏMİN EDİB

  Bu gün (29 aprel) Yasamal Rayon Məhkəməsinin hakimi Tahir İsmayılovun sədrliyi ilə "Müxalifət" qəzetinin əməkdaşı Yaşar Ağazadənin BDU-nun rektoru Abel Məhərrəmova qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iddia  üzrə proses keçirildi.

Cavabdehin vəkili Tofiq Sadıqov Məhərrəmovun göndərdiyi məktubdakı sözlərin heç birinin şərəf və ləyaqəti alçaldan sözlər olmadığını dedi. Ağazadə isə Milli Elmlər Akademiyasından dilçinin dəvət olunması ilə bağlı vəsatət qaldırdı. Hakim vəsatəti təmin olunaçağını bildiridi və növbəti prosesi 06 may saat 15:00-a təyin etdi.

Xatırladaq ki, Ağazadə Abel Məhərrəmovun maliyyə naziri Samir Şərifova göndərdiyi məktubda onun barəsində təhqiredici və həqiqətə uyğun olmayan məlumatların əks olunduğunu əsas tutaraq, rektoru məhkəməyə verib. Ağazadə Məhərrəmovun təkzib verməsini və 1000 AZN məbləğində pulun Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fondunun hesabına köçürülməsini istəyir.

Previous Post

QƏZETLƏRİN SƏYYAR SATIŞINA QOYULAN QADAĞANIN GÖTÜRÜLƏCƏYİ BARƏDƏ ZİDDİYYƏTLİ FİKİRLƏR VAR

Next Post

“LİDER” NÜMAYİŞ ETDİRDİYİ “İFLAS” FİLMİNİ MÜDAFİƏ EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.