“XURAL”IN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR DİNDİRİLDİ

Bu gün Nərimanov Rayon Məhkəməsində hakim Asif Abdullayevin sədrliyi ilə Yevlax ictimaiyyətinin “Xural” qəzetinə qarşı iddiası əsasında növbəti məhkəmə prosesi keçirilib.

 Məhkəməyə şahid qismində gələn 3 nəfər dindirilib. Birinci şahid qismində dindirilən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Yevlax şöbəsinin baş referantı Kubra Əliyeva öz çıxışında bildirdi ki, Elmar Vəliyev haqqında yazı səhvdir. E.Vəliyev heç kəslə pis rəftar etmir. Əksinə o, 36 şəhid ailəsinə ev verib. Digər şahid Ridvanova Saniyə öz çıxışında söyləyib ki, “mən də K.Əliyevanın dedikləri ilə tamamilə razıyam. Dövran nə Əliyevlərin, nə də Vəliyevlərindir. Dövran xalqındır. Xalq Heydərsiz, Heydər isə xalqsız yaşaya bilməz”. Üçüncü şahid Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Yevlax şöbəsinin sədri Əzizov Əziz isə deyilənlərə əlavə olaraq bildirib ki, “mən bu yazıda şəhidlər xiyabanı haqda olan hissəsinə etiraz edirəm. Bu yazı şəhidlərin ruhuna təhqirdir”.
    Hakim növbəti məhkəmə prosesini 27 dekabr saat 16:00-a təyin edib.
Previous Post

TELEKANALLARA NƏZARƏT GÜCLƏNDİRİLƏCƏK

Next Post

QƏNİMƏT ZAHİDOVUN MƏHKƏMƏSİ BAŞIADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.