CAVABDEHİN XAHİŞİ İLƏ MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINIB

Bu gün (20 may) Yasamal Rayon Məhkəməsinin hakimi Xəqani Tağıyevin sədrliyi ilə iş adamı Eldar Məmmədəliyevin təhqir və böhtan, şərəf və ləyaqətin alçaldılması iddiası ilə  "Təhqiqat" qəzetinə qarşı qaldırdığı iddia əsasında məhkəmə iclası keçirilməli idi.

Lakin cavabdeh tərəfin xahişi ilə prosesi 05 iyun saat 16. 30-a kimi təxirə salınıb.   

Xatırladaq ki, iddiaya səbəb "Təhqiqat" qəzetinin 20-30 dekabr 2007-ci il tarixli sayında "Qara gədələrin Türkmənistan və Azərbaycandakı qara əməlləri" başlıqlı məqalə olub. İddiaçı məhkəmədən qəzetin təkzib verməsini və 10 000 AZN məbləğində cərimələnməsini xahiş edir.

Previous Post

SERGEY STREKALİNİN İBTİDAİ İSTİNTAQI BAŞA ÇATIB

Next Post

DÜZƏLİŞ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.