MÜXBİR MƏTBUAT KONFRANSINA BURAXILMAYIB

“Turan” İnformasiya Agentliyinin müxbiri Hafiz Babalı dünən Dövlət Əmlakının İdarə edilməsi üzrə dövlət Komitəsinin sədri Kərəm Həsənovun keçirdiyi mətbuat konfransına buraxılmayıb.

H.Babalı RATİ-yə məlumat verib ki, “ müxbir kimi konfransa getsəm də, məni konfransa buraxmadılar. Halbuki mətbuat orqanları siyahısında adımız  var idi. Komitənin qapısında duran polis işçiləri məni gördükdən sonra kiməsə xəbər verdilər və bundan sonra siyahıdakı adları səsləndirərkən mənim adımı oxumadılar.. bunun səbəbi ilə maraqlandıqda Əfqan adlı bir şəxs mənə yaxınlaşaraq, bu göstərişin rəhbərlik tərəfindən verildiyini söylədi”. H. Babalının sözlərinə görə, o komitə sədrinin müavini Rüstəm Şahbazovun köməkçisinə müraciət etsə də,  işin onlarlıq olmadığı və göstərişin mətbuat xidmətinin rəhbərliyindən gəldiyi cavabını alıb.
Previous Post

TELEKANALIN OPERATORU ƏLİNDƏN CİDDİ XƏSARƏT ALIB

Next Post

“FREEDOM HOUSE”-UN HESABATINDA AZƏRBAYCANDAKI SÖZ AZADLIĞININ VƏZİYYƏTİ QİYMƏTLƏNDİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.