“FREEDOM HOUSE”-UN HESABATINDA AZƏRBAYCANDAKI SÖZ AZADLIĞININ VƏZİYYƏTİ QİYMƏTLƏNDİRİLİB

“Freedom House” beynəlxalq hüquqmüdafiə təşkilatı dünyada azadlığın vəziyyəti ilə bağlı öz illik hesabatında Azərbaycanı qeyri- azad ölkələr sırasına daxil edib.

 Hesabatının Azərbaycanla bağlı bölməsində seçki və digər sahələr ilə yanaşı, söz azadlığı sahəsinə də toxunulub. Hesabatda qeyd edilir ki, ölkə konstitusiyası söz və ifadə azadlığı müdafiəsinin qarantı olsa da, hakimiyyət hər cür şəkildə onları məhdudlaşdırmağa çalışır. Radio və telekanallar hakimiyyətin nəzarəti altındadır. Müxalifət yönlü və müstəqil KİV hökümət tərəfindən basqılarla məruz qalır. Bununla yanaşı ayrı–ayrı aparıcı jurnalistlər hakimiyyət tərəfindən izlənirlər. İctimai televiziyanın yaranmasına baxmayaraq, o hakimiyyətin nəzarətindədir və onun siyasətini dəstyəkləyir. Eyni zamanda bəzi müstəqil telekanalların daha müstəqil olmaq istəyinin qarşısı alınır.
Previous Post

MÜXBİR MƏTBUAT KONFRANSINA BURAXILMAYIB

Next Post

“QASİD”İN DƏ ÖZƏLLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.