AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİ EYNULLA FƏTULLAYEVLƏ BAĞLI QƏRAR QƏBUL EDƏCƏK

           Martın 8-dən etibarən Avropa Şurası Nazirlər Komitəsinin İnsan Hüquqları ilə bağlı  iclası başlayıb. İclas martın 11-ə kimi davam edəcək.  Avropa Şurası Nazirlər Komitəsinin iclasının sonunda “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev barəsində qərar qəbul olunacaq. Bu barədə bu gün (10 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı məlumat verib.

Rəşid Hacılı bildirdi ki, Beynəlxalq Mətbuata Dəstək Qrupunun üzvü olan üç təşkilat- “Article 19”, “Index on Cencorship”, “Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi” və partnyor təşkilat kimi Media Hüququ İnstitutunun nümayəndələri  martın 2-i və 3-də Avropa Şurası Nazirlər Komitəsinə Eynulla Fətullayevlə bağlı sənədlər təqdim etmişik və xarici dövlətlərin nümayəndələri ilə görüşlər keçirmişik.

            “Biz orada olarkən 30-a yaxın dövlətin nümayəndələri ilə görüşmüşük. Bundan başqa Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət edən orqanın nümayəndələri ilə görüşmüşük. Eyni zamanda Tomas Hammerberqin ofisinin nümayəndələri ilə görüşmüşük. Eynulla Fətullayev barəsində Ali Məhkəmənin sonuncu və yanvar ayının 25-də  Apellyasiya Məhkəməsinin verdiyi qərarları onlara təqdim etdik. Bu qərarlar onlarda yox idi. Onu da qeyd edim ki, Qərb dövlətləri əvvəlkindən də çox Eynulla Fətullayevin məsələsinə diqqət edirlər. Avropa Şurası Nazirlər Komitəsində də qəbul edilən  qərarlar kifayət qədər  həll olunur. Azərbaycan hökumətinin özünə bəraətverici arqumentləri yox idi. Biz hökumət nümayəndələri ilə görüşmək istəsək də, onlar bu görüşdən imtina etdilər. Eynulla Fətullayevin işinin iclasın hansı günündə gündəliyə salınacağını bilmirəm,  amma bilirəm ki, 5 gün ərzində qərar qəbul olunacaq”, – deyə Rəşid Hacılı qeyd etdi.

 

Previous Post

VƏKİLLƏRİ JURNALİSTİN HƏYATININ TƏHLÜKƏ OLDUĞUNA GÖRƏ NÖVBƏTİ DƏFƏ XƏBƏRDARLIQLARINI ETDİLƏR

Next Post

BEYNƏLXALQ MÜRACİƏT: İFADƏ AZADLIĞINA HÜCUM DAVAM EDİR; GƏNC FƏALLAR HƏDƏFDƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.