NAMAZOV MERİYANIN CAVABINI ABSURD CAVAB HESAB EDİR

Bakı Şəhər İcra Hakimiyyəti söz azadlığının müdafiəsi ilə bağlı keçirilməli olan mitinq komitəsinin məktubunu cavablandırıb.

Bu barədə RATİ-yə məlumat verən mitinq komitəsinin sədri Eldar Namazov məktub dünən (29 yanvar) cavablandırılıb. Məktub mitinqlərin keçirilməsi üçün nəzərdə tutulan yerlərin adlarının açıqlanması məqsədilə BŞİH-nə göndərilmişdi. Məktubda bildirilir ki, mitinqlərin keçirilməsi üçün 2006-cı ildə təyin olunmuş yerlər dəyişdirilməyib. Cavab məktubunda göstərilir ki, mitinq keçirmək üçün müraciət olunan zaman bu yerlərdən biri göstərilməlidir. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti mitinqin keçirilməsi üçün bu yerlərdən birində mitinqin keçirilməsinin məqsədəuyğunluğu haqqında qərar verəcək. Cavabı ziddiyyətli və absurd cavab kimi qiymətləndirən Eldar Namazov sonrakı addımlar barədə məlumat verib. Onun sözlərinə görə, yaxın günlərdə mitinq komitəsinin üzvləri ilə müzakirələr aparılacaq və bu müzakirələrdən sonra atılacaq addımlar müəyyənləşəcək. Namazov məsələnin məhkəmə yolu ilə həll ediləcəyini də istisna etməyib.
Previous Post

MƏHBUSLARA BƏZİ QƏZETLƏR VERİLMİR

Next Post

MƏHKƏMƏ SƏDRİNDƏN JURNALİSTLƏRƏ ANLAŞILMAZ CAVAB VERİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.