QHT əməkdaşına cinayət işi açılıb

Salyanda fəaliyyət göstərən “Demokratiyaya yardım” QHT-nin əməkdaşı Tofiq Qasımova qarşı Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi üzrə cinayət işi açılıb. Bu barədə bu gün(15 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) təşkilatın rəhbəri Emil Məmmədov məlumat verib.

“Əməkdaşımız Tofiq Qasımova 10 sutka həbs verilmişdi. Müddət tamam olsa da onu azad etməyiblər və cinayət işinin açıldığı bildirilir. Vəkil Əlaif Həsənovun onunla görüşməsinə icazə verilmir. Hesab edirəm ki, bu mənə qarşı hazırlanmış bir cinayətdir və çox gümanki mənə qarşı bu ittihamdan istifadə edəcəklər. Hələ inzibati həbs verilən zaman cinayət işinə hazırlıq getdiyini bildirmişdim və bugünkü fakt mənim haqlı olduğumu bir daha göstərdi. Bu cinayət işi mənim  tənqidilərə cavab olaraq açılıb ”,-deyə Məmmədov qeyd edib.

Xatırladaq ki, aprelin 4-də “Demokratiyaya yardım” İctimai Birliyinin sosial hüquqlar üzrə vəkil kimi çalışan əməkdaşı Tofiq Qasımov yolda tanımadığı şəxslər tərəfindən döyülsə də, polis onu aparıb və 10 sutka həbs cəzası vermişdi.

 

 

Previous Post

Məhkəmə iş üçün əhəmiyyətli ola biləcək vəsatətləri təmin etmir

Next Post

Salyan fəalı polisdə təzyiqlərə məruz qaldığını bəyan edir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.