Məhkəmə Rauf Mirqədirovun şikayətini təmin etməyib

rauf

Mayın 6-da Nəsimi Rayon Məhkəməsi MTN-in istintaq təcridxanasında saxlanan jurnalist Rauf Mirqədirovun qanunsuz saxlanılması ilə bağlı şikayətini təmin etməyib.

Jurnalistin vəkili Fuad Ağayev  bildirib ki, qərarı əldə edəndən sonra apellyasiya şikayəti verəcəklər.

Xatırladaq ki, Zerkalo qəzetinin Türkiyə müxbiri Rauf Mirqədirov aprelin 19-da həbs edilib. Jurnalist Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilir və Nəsimi Rayon Məhkəməsi Rauf Mirqədirov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Previous Post

Anar Məmmədlinin işi üzrə proses davam edir

Next Post

Jurnalisti döyən şəxslər tutulub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.