Jurnalisti döyən şəxslər tutulub

f

Bakı Şəhər Baş Polis İdarəsi jurnalist Fərahim İlqaroğlunun döyülməsi faktı ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada deyilir ki, mayın 6-sı axşam saatlarında Nizami Rayon Polis İdarəsi ilə 24-cü polis bölməsinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində jurnalisti döyən Siyəzən rayon sakini, Bakıda kirayədə yaşayan 24 yaşlı Feyruz Termişi metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında tutulub.

“Yeni Müsavat” qəzeti isə  jurnalistin döyülməsinə iştirak edən Orxan adlı ikinci şəxsin də saxlanıldığı barədə məlumat yayıb.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, saxlanılanlar onu döymək sifarişini Mühafizə Xidmətinin rəhbəri Tural Bayramov adlı şəxsdən aldıqlarını etiraf ediblər. 

“Mənimlə üzləşdirmə zamanı onlar dedi ki, sifarişçi Tural Bayramov mənim facebookdakı şəklimi göstərərək, “bunu cəzalandırmaq lazımdır, pul da veriləcək”, deyib. Cinayət əməlini törətməmişdən öncə T. Bayramovdan pulun bir qismini də alıblar. Tural Bayramov özü də aktiv Facebook istifadəçisidir. Tural Bayramov vaxtilə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevin ətrafında olub. Daha sonra Tural Bayramovun Adil Əliyevdən ayrıldığı və nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədovla dostluq eləməyə başladığı bildirilir. Onların birlikdə fotosu da var. Ancaq Tural Bayramov hələ saxlanılmayıb, onun axtarışı davam etdirilir”, deyə jurnalist qeyd edib.

Jurnalist onu da qeyd edib ki, Aynar Məmmədovun avtoşluq etməsi ilə tənqidi məqalələr yazıb.

Xatırladaq ki, aprelin 25-də jurnalist Fərahim İlqaroğlu evinin önündə naməlum şəxs tərəfindən döyülmüşdü. Jurnalist baş nahiyəsindən ağır travma alıb, dişləri sınıb, dodağında ikitərəfli partlama olmuşdu.

Previous Post

Məhkəmə Rauf Mirqədirovun şikayətini təmin etməyib

Next Post

Jurnalistlərə təzyiq göstərilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.