Anar Məmmədlinin işi üzrə proses davam edir

anar

Mayın  5-də  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, təşkilatın icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi zərərçəkənlərin ifadələri  ilə davam edib.

İstintaq tərəfindən zərərçəkmiş kimi tanınan Etiram Muradov ifadə verərək bildirib ki, 2007-ci ildən 2010-cu ilədək SMDTM-in layihələrində iştirak edib, Tərtər, Ağdam, Bərdə, Yevlax, Mingəçevir üzrə koordinator olub.

O, müttəhimlərə qarşı heç bir iradının olmadığını əlavə edib. Proses iştirakçılarının suallarına cavab olaraq deyib ki, layihələrin reallaşması üçün sənədlərdə göstərilən və imzaladığı qədər vəsait alıb.

Sonra zərərçəkmiş kimi tanınan Həsən Həsənov çıxış edib. O 2013-cü il prezident seçkilərinin monitorinqi üzrə layihələrdə iştirak edib. O bildirib ki, 456 manata imza atıb, lakin ona 100 manat verilib.

“Hüquqlarının pozulması ilə bağlı məhkəmə müraciət edibmi” sualına “xeyr” cavabını verib.

Dinləmələr zamanı məlum olub ki, H.Həsənov bu təşkilatlara ali təhsil haqqında diplomunu təqdim etməyib və 2013-cü il sentyabrın ortalarında layihədən çıxarılıb, çünki işinin öhdəsindən gələ bilməyib.

Proses mayın 6-da saat 10:30-da davam edəcək.

Xatırladaq ki, Anar Məmmədli dekabrın 16-da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 192.2.2 ( qanunsuz sahibkarlıq külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.1 (Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə)  maddələri ilə ittiham irəli sürülüb. Martın 19-da ibtidai istintaq yekunlaşıb və Məmmədli, habelə ölkəni tərk etməmək iltizamı vermiş digər iki fəal – Bəşir Süleymanlı və Elnur Məmmədova qarşı 179-cu maddənin müxtəlif bəndləri (böyük ölçüdə əmlakı mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrlə ittiham irəli sürülüb. Martın 6-da Məmmədli barəsində həbs müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, Amnesty İnternational Anar Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb. Çoxsaylı beynəlxalq və yerli hüquq-müdafiə təşkilatları A.Məmmədlinin dərhal azadlığa buraxılması tələbi ilə bəyanatla çıxış edib.

Previous Post

Jurnalistin məhkəməsi yekunlaşır

Next Post

Məhkəmə Rauf Mirqədirovun şikayətini təmin etməyib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.