Bu gün Ali Məhkəmədə Müzəffər Ağayevin sədrliyi ilə “Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlunun və qəzetin əməkdaşı Rafiq Tağının həbsi qərarından verilən kassasiya şikayəti üzrə proses gələn həftəyə qədər təxirə salınıb.
Məhkəmənin təxirə salınmasına səbəb vəkil İsaxan Aşurovun şikayətə baxan üç hakimdən biri Nəriman Hüseynovun 76 yaşında olmasına etiraz etməsi olub. Bu haqda RATİ-yə məlumat verən Aşurov bildirib ki, qanunvericiliyə əsasən hakimin yaşı 70-dən çox olmamalıdır. Vəkilin sözlərinə görə, məhkəmənin saatı həftə ərzində müəyyənləşəcək.