LİSENZİYA VERMƏKDƏN İMTİNA ETMİŞ MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASINA QARŞI İDDİA ÜZRƏ MƏHKƏMƏ BAŞLAYI

Bu gün (02 iyul) Səbail Rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanovanın sədrliyi ilə Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddia üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Qeyd edək ki, “Televiziya və Alternativ Media İnkişaf Mərkəzi” İctimai Birliyinin təsisçisi Rəsul Cəfərov və “Mühakimə” qəzetinin baş redaktoru Yaşar Ağazadə Bakı və Abşeron yarımadasında yayımlanacaq radionun müvafiq tezlikdə fəaliyyətə başlaması üçün lisenziya almaq məqsədilə MTRŞ-ya müraciət ediblər. MTRŞ kifayət qədər boş qalmış tezliyin olduğunu bildirsə də, tezlik ayırmaqdan və lisenziya verməkdən imtina etmişdir.

 

İddiaçılar MTRŞ-nın hərəkətindən şikayət verərək dövlət qurumunun hərəkətinin qanunsuz hesab edilməsini və lisenziya verilməsinin bu quruma həvalə olunmasını xahiş ediblər.

 

İclasda iddiaçılardan Rəsul Cəfərov iştirak etsə də, qarşı tərəfin nümayəndəsi iclasa qatılmayıb. Hakim işi icraata götürərək prosesi 12 iyul saat 12.15-ə təyin edib.

 

Previous Post

TƏQSİRLƏNDİRİLƏN ŞƏXS JURNALİSTƏ YUMRUQ VURDUĞUNU ETİRAF EDİB

Next Post

RAMİZ MEHDİYEVİN “XURAL” QƏZETİNƏ QARŞI İDDİASI TƏMİN EDİLDİ

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.