RAMİZ MEHDİYEVİN “XURAL” QƏZETİNƏ QARŞI İDDİASI TƏMİN EDİLDİ

Bu gün (02 iyul) Nərimanov Rayon Məhkəməsində hakim Rasim Kazımovun sədrliyi ilə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Xural” qəzetinə qarşı şərəf və ləyaqətin müdafiəsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə məhkəmə prosesi keçirilib

Məhkəmədə iddiaçı tərəfin nümayəndəsi Anar Bağırov, cavabdeh tərəfdən isə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı iştirak edirdi.

 

Tərəflərin çıxışlarından sonra hakim müşavirə elan edib və müşavirədən qayıtdıqdan sonra iddianın təmin olunması barədə qərarı elan etdi.

 

Xatırladaq  ki, iddiaçı “Xural” qəzetinin 23 may 2010-cu il tarixli buraxılışında “Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadəni bitirmə planı!!! Prezident Administrasiyasının rəhbəri nədən Şəki camaatını və icra başçısını cəzalandırmalı oldu?” başlıqlı məqalədə yazılanların  təkzib edilməsi, üzr istənilməsi və mənəvi zərərə görə 10.000 (on min) manat pul tutularaq, Binə qəsəbəsində yerləşən ”Ümid yeri ” Uşaq Evinə köçürülməsi barədə iddia qaldırıb.

 

Qeyd edək ki, Xural” qəzeti 2002-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb və həftəlik dərc olunur.

 

Previous Post

LİSENZİYA VERMƏKDƏN İMTİNA ETMİŞ MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASINA QARŞI İDDİA ÜZRƏ MƏHKƏMƏ BAŞLAYI

Next Post

ELMİN BƏDƏLOVUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.