Polis jurnalistin fəaliyyətini məhdudlaşdırıb

Mayın 10-da “Hüriyyət” qəzetinin əməkdaşı Azər Sadıxov peşə fəaliyyəti ilə əlaqədar təzyiqə məruz qalıb. Bu barədə bu gün (13 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Azər Sadıxov məlumat verib. “Gül bayramı” ilə əlaqədar Heydər Əliyev adına sarayın qarşısında təşkil olunan bayram tədbirində çəkiliş edərkən polis və mülki geyimli şəxslər mənə yaxınlaşaraq çəkilişə mane olmağa çalışıblar, həmçinin mənim fotoaparatımı əlindən alıblar. Polislər və mülki geyimli şəxslər qolumdan tutaraq məni ərazidən uzaqlaşdırıblar, daha sonra isə məni post patrul maşınına salaraq zor tətbiq ediblər”,-deyə Sadıxov qeyd edib.

Jurnalist bir neçə saat maşında saxlanıldığını, tədbir bitdikdən sonra isə fotoaparatındakı görüntülərin silinərək sərbəst buraxıldığını da sözlərinə əlavə edib.

Previous Post

Azadlıq Radiosunun bölgə müxbiri 200 manat cərimələnib

Next Post

İcra başçısı xəbər portalından 100 min manat istəyir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.