MƏHKƏMƏ HÜQUQ ŞURASI RATİ-NİN MÜRACİƏTİNƏ BAXIB

Məhkəmə Hüquq Şurası (MHŞ) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) müraciətinə baxıb.

Bu barədə MHŞ-dən  dünən (05 yanvar) RATİ-yə daxil olan məktubda bildirilir.
Qeyd edək ki, dəfələrlə ayrı-ayrı hakimlər tərəfindən  RATİ əməkdaşlarına açıq  məhkəmə proseslərində  monitorinq aparmaq qadağan edilib, foto və video çəkilişlərə isə  əsassız olaraq icazə verilməyib.  Məsələ ilə bağlı 27.11.2008-ci il tarixində RATİ MHŞ-yə müraciət ( http://www.irfs.az/content/view/1573/28/lang,az/) etmişdi.
RATİ-yə daxil olan məktubda bildirilir ki,  Məhkəmə Hüquq Şurası Bakı Apellyasiya Məhkəməsinə, Nəsimi, Xətai və Yasamal rayon Məhkəmələrinə məsələnin araşdırılması və qanuna müvafiq tədbirlər görülməsini tövsiyə edib.
Previous Post

JURNALİST QANUNSUZ OLARAQ 7 SAAT ƏRZİNDƏ POLİSDƏ SAXLANILDIĞINI İDDİA EDİR

Next Post

BEYNƏLXALQ İCTİMAİYYƏT XARİCİ RADİOSTANSİYALARIN FM DALĞASINDA YAYIMLANMASINI QADAĞAN EDƏN QƏRARI QINAMAQDA DAVAM EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.