JURNALİST QANUNSUZ OLARAQ 7 SAAT ƏRZİNDƏ POLİSDƏ SAXLANILDIĞINI İDDİA EDİR

Yanvarın 2-də İsrailin Bakıdakı səfirliyi qarşısında Qəzza hadisələri ilə bağlı dindarlar tərəfindən keçirilən aksiyada “Bizim Azərbaycan” qəzetinin müxbiri Ramin Bayramov Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

R. Bayramov saxlanılan digər aksiya iştirakçıları ilə birlikdə Bakı Baş Polisi İdarəsinin müvəqqəti inzibati saxlanma mərkəzinə aparılıb. Bu barədə RATİ-yə bu gün (06 yanvar) R.Bayramovun özü məlumat verib.
“Polis aksiya iştirakçıları ilə birlikdə məni də saxladı. Bu  zaman jurnalist vəsiqəmi təqdim etsəm də, mülkü geyimdə olan bir şəxs "bunu da aparın və orda araşdırın" – deyərək, polislərə göstəriş verdi.  Xətai rayon ərazisində yerləşən müvəqqəti inzibati saxlanma mərkəzində də dəfələrlə jurnalistliyimi təsdiq edən sənədi təqdim etsəm də məni  7 saat orada saxladılar”, – deyə R. Bayramov  qeyd etdi.
Daxili İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşı Ehsan Zahidov isə RATİ əməkdaşı ilə telefon söhbətində onlara bu barədə  məlumatın daxil olmadığını bildirdi.
Previous Post

POLİSDƏN PREZİDENTƏ ŞİKAYƏT ETDİYİ ÜÇÜN HƏBS EDİLƏN NAXÇIVAN SAKİNİNİN AQİBƏTİ BƏLLİ DEYİL

Next Post

MƏHKƏMƏ HÜQUQ ŞURASI RATİ-NİN MÜRACİƏTİNƏ BAXIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.