Məhkəmə qəzetin təkzib verməsi barədə qərar çıxarıb

İyulun 11-də Xətai Rayon məhkəməsində hakim Raziyə Ataşovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində  “Bakı Poladtökmə ” ASC- nin, “Baku Steel Company”-in və bu müəssisənin direktoru Oqtay Rəfiyevin  “Yeni Müsavat” qəzetinə qarşı iddiasının qismən təmin edilməsi barədə qərar çıxarılıb. Bu barədə bu gün(11 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin hüquqşünası Vaqif Hüseyn məlumat verib.

V. Hüseynin sözlərinə görə, hakim “Yeni Müsavat” qəzetində gedən adı çəkilən məqaləyə görə qəzetin təkzib verməsi haqqında qətnamə qəbul edib.

Xatırladaq ki,  “Yeni Müsavat” qəzetinin 23 noyabr 2012- ci il tarix 311-ci (5320) sayında dərc olunan “Zülfüqarlı qardaşlarının yağmalanan zavodu bağlandı” başlıqlı məqaləsində “Bakı Poladtökmə” zavodunda işlərin qəfil dayanmasından və orada çalışan 600- ə qədər fəhlənin isə öz hesablarına məzuniyyətə göndərilmələrindən bəhs edilir. “Bakı Poladtökmə” ASC və onun direktoru Oqtay Rəfiyev sözügedən məqaləyə görə qəzetin təkzib verməsini və onlara vurulan mənəvi ziyanın ödənilməsi üçün 1 milyon manat təzminat ödəməsini tələb edib.

Previous Post

Jurnalist Hilal Məmmədovun məhkəməsində hal şahidi dindiriləcək

Next Post

Həmkarları Əvəz Zeynallının dərhal azad olunmasını tələb edirlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.