RASƏT PİRİSOYU HƏDƏLƏNDİYİNİ HESAB EDİR

“Sənət qəzeti”nin yazarı Rasət Pirisoyu internet vasitəsi ilə hədələndiyini hesab edir.

Bu haqda məlumatı RATİ-yə jurnalistin özü verib: “Kult.az saytında Zaur adlı bir şəxs mənim şeirim barədə şərh verərkən haqqımda hədələyici ifadələr işlədib. Şərhdə qeyd edilir ki,  mən güya “Petka” romanında Şuşalıları təhqir etdiyimə görə vaxtı çatanda bunun əvəzini alacağam. Mən bunu özümə qarşı hədə hesab edirəm.” Pirisoyu Zaur adlı şəxsi tanıdığını əlavə etdi və onun telefon nömrəsini bizə verdi.
      RATİ həmin nömrə ilə əlaqə saxlayıb, lakin Zaur adlı şəxs hər hansı bir məlumat verməkdən çəkinib: “şərhin mən və ya başqa bir şəxs tərəfindən yazılması haqqında heç bir məlumat verməyəcəyəm. Biz bu məsələni Rasətlə danışmışıq. Mən çalışacağam ki, bu şərhin kim tərəfindən yazıldığını tapım.”
 Zaur adlı şəxsin həqiqətən Pirisoyu ilə danışdığını dəqiqləşdirmək üçün yenidən yazara zəng vurduq. O Zaurun zəng vurduğunu və onlar arasında danışığın olduğunu təsdiqləsə də, yenə də Zaur adlı şəxsdən şübhələndiyini söylədi.

Previous Post

DÖVLƏT QURUMLARININ SAYTLARININ İNFORMASİYA AÇIQLIĞI İLƏ BAĞLI HESABAT TƏQDİM OLUNUB

Next Post

“GÜNDƏLİK AZƏRBAYCAN”LA ANS-İN MƏHKƏMƏ ÇƏKİŞMƏSİ TƏXİRƏ SALINIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.