YAŞAR AĞAZADƏNİN DÖVLƏT NEFT ŞİRKƏTİNƏ QARŞI İDDİASI ƏSASINDA MƏHKƏMƏ PROSESİ BAŞLANDI

Bu gün (16 may) Səbail Rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə “Müxalifət” qəzetinin əməkdaşı Yaşar Ağazadənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) qarşı vəzifəli şəxslərin hərəkətlərinin qanunsuz hesab olunması barədə qaldırdığı iddia əsasında məhkəmə hazırlıq iclası keçirilib.

Hazırlıq iclasında Ağazadə vəsatətlə çıxış etdi. Vəsatət ARDNŞ prezidentinin ARDNŞ sisteminə yeni işçilərin işə qəbulunu qadağan edən 21 noyabr 2006-cı il tarixli, 191 saylı əmrinin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsindən ibarət idi.
ARDNŞ-nin nümayəndəsi Şahin İsmayılov  bu vəsatətin qəbul olunmamasını xahiş etdi.
 Hakim isə vəsatətin məhkəmə baxışında bir daha müzakirə ediləcəyini bildirdi.  Proses may ayının 27-i saat 12.30-a təyin olundu.
  Xatırladaq ki, “Müxalifət” qəzetinin əməkdaşı  Ağazadə peşə fəaliyyəti ilə əlaqədar olaraq ARDNŞ-nə işə qəbul qaydaları ilə bağlı 10 aprel 2008-ci ildə məlumat sorğusu göndərib.  Jurnalist  ARDNŞ-i prezidentinin 21 noyabır 2006-cı il tarixli, 191 əmrinin təsdiq olunmuş surətinin ona təqdim olunmasını xahiş edib və ARDNŞ-də işə qəbul qaydaları və orada neçə nəfərin fəaliyyət göstərməsi ilə bağlı suallar soruşub.  ARDNŞ isə həmin informasiya sorğusuna cavab olaraq bildirib ki, sorğuda göstərilmiş suallarla bağlı ARDNŞ informasiya sahibi deyil. Ağazadə isə informasiya sorğusundakı suallara cavab verilmədiyi üçün ARDNŞ-ni 29 aprel 2008-ci il tarixində məhkəməyə verib       

 

Previous Post

MİRZƏ SAKİT MÜALİCƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLMÜR

Next Post

PENİTENSİAR XİDMƏT MİRZƏ SAKİTİN SƏHHƏTİNDƏ CİDDİ PROBLEMLƏRİN OLMADIĞINI İDDİA EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.