Həbsdə olan “Azadlıq” qəzetinin əməkdaşı, satirik-jurnalist Mirzə Sakitin (Zahidov) vəziyyəti pisdir .
Bu haqda məlumatı RATİ-yə bu gün (15 may) jurnalistlə 14 saylı Cəzaçəkmə Müəssisəsində görüşən həyat yoldaşı Rəna Zahidova verib:
“Sakitin vəziyyəti çox pisdir. Ürəyində ağrılar var. Özünü pis hiss edir. Gecələr boğulmaları olur. Bütün bunlara baxmayaraq Sakiti yenə də müalicə müəssisəsinə köçürmürlər. O hal-hazırda məhbusların cəza çəkdiyi ümumi hissədə saxlanılır”, – deyə Zahidova vurğuladı.
Jurnalistin özünün də bu vəziyyətdən narahat olduğunu və müalicə almaq istədiyini deyən Zahidova Sakit üçün xeyli sayda dərman preparatı apardığını da qeyd edib.