Məhkəmə Anar Məmmədlinin işini tez yekunlaşdırmaq istəyir

anar

Mayın 6-7 və 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, təşkilatın icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmədə 12 zərərçəkən ifadə verib. Onların hər biri təqsirləndirilən şəxslərə qarşı hər hansı iddianın olmadığını deyib zərərçəkən kimi tanınmalarına etiraz ediblər.

İstintaqın zərərçəkən kimi tanıdığı daha bir nəfər Vüqar Süleymanov məhkəmədə istintaqdakı ifadəsindən fərqli danışıb. O, bildirib ki, 2003-cü ildə tələbələrin hüquqlarının müdafiəsi məqsədilə təşkilat təsis etmiş, sonradan bu təşkilatın adı Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi olmuşdur. Vüqar Süleymanov istintaq ifadəsində təşkilatın daxili tədbirlərində, xüsusilə Elnur Məmmədovun quruma sədr seçilməsi ilə bağlı iclasda iştirak etmədiyini bildirsə də, məhkəmədə bunun əksini söyləyib. Hakimin “istintaqa niyə belə ifadə vermisən” sualını isə əsaslandıra bilməyib.

Elnur Məmmədov da Vüqar Süleymanovun təşkilatın tədbirlərində iştirakını sübut edən fotoşəkilləri məhkəməyə təqdim edib.

Vəkil Əlibaba Rzayev məhkəməyə ABŞ-ın Milli Demokratiya İnstitutunun baş ofisinin məktubunu təqdim edib. Məktubda həqiqətən də Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi ilə cinayət işində adı hallanan qrant müqaviləsini bağladıqları və təqsirləndirilən şəxslərə qarşı hər hansı iddialarının olmadığı qeyd edilib.

Vəkil həmçinin 7 zərərçəkənin özlərini zərərçəkən saymadıqları ilə bağlı notarial qaydada təsdiq olunmuş ərizələrini məhkəməyə təqdim edib.

Zərərçəkmişlərin ifadələri dinlənilib bitdikdən sonra məhkəmədə 8 şahid dindirilib. Şahidlərdən Akif Azayev və Sədrəddin Namazov bildirib ki, onlar evlərini Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinə kirayə veriblər və təşkilar rəhbərliyi də  kirayə haqqını hər zaman vaxtında verib.

Şahid Məmməd Məmmədzadə seçki ilə bağlı treninqlər təşkil etdiyini və buna uyğun mühasibatlıqdan maaş aldığını bildirib.

Anar Fərəcli deyib ki, o, vətəndaşların fəallığı ilə bağlı layihələrdə iştirak edib. İmran Əliyev isə bildirib ki, seçki dövründə 8 min manat dəyərində texniki avadanlıq alıb, buna görə pulu ona mühasibatlıq verirmiş. Onlar işlədikləri dövrdə hər hansı hüquq pozuntusu görmədiklərini də bildiriblər.

Hər iki QHT-də müsahib vəzifəsində işləmiş Mübariz Diniyev bildirib ki, vergi orqanlarına və donorlara hər zaman vaxtında maliyyə hesabatı verilib.

Vəkillərin suallarını cavablandıran Diniyev deyib ki, qanunvericiliyə əsasən qrantlar ƏDV-dən azaddır.

Digər şahidlər də yerinə yetirilən işlərə görə razılaşdırılmış məbləğləri aldıqlarını və təqsirləndirilən şəxslərə qarşı iradları olmadığını təsdiq ediblər.

Qeyd edək ki, növbəti məhkəmə iclası 12 maysaat 10.30-a təyin edilib.

Xatırladaqki, Anar Məmmədli dekabrın 16-dahəb solunub. Onaqarşı Cinayət Məcəlləsinin 192.2.2 ( qanunsuz sahibkarlıq külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.1 (Xeyli miqdardavergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 308.2 (vəzifə  səlahiyyətlərindən sui-istifadə etməklə seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Martın 19-da ibtidai istintaq yekunlaşıbvə Məmmədli, habelə ölkəni tərk etməmək iltizamı vermiş digər iki fəal – Bəşir Süleymanlı və Elnur Məmmədova qarşı 179-cu maddənin müxtəlif bəndləri (böyük ölçüdə əmlakı mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrlə ittiham irəli sürülüb. Martın 6-da Məmmədli barəsində həbs müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, Amnesty İnternational Anar Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb. Çoxsaylı beynəlxalq və yerli hüquq-müdafiə təşkilatları A.Məmmədlinin dərhal azadlığa buraxılması tələbi ilə bəyanatla çıxış edib.

Previous Post

Jurnalistlərə təzyiq göstərilib

Next Post

Qadın Krizis Mərkəsinin rəhbəri Mətanət Əzizovanın mənzilində axtarış aparılıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.