Qadın Krizis Mərkəsinin rəhbəri Mətanət Əzizovanın mənzilində axtarış aparılıb

m

Mayın 6-da Qadın Krizis Mərkəsinin rəhbəri Mətanət Əzizovanın mənzilində axtarış aparılıb.

Mətanət Əzizovanın həyat yoldaşı Eldar Əzizov bildirib ki, Mətanət özü xaricdə konfransdadir. Ezamiyyət  mayın 12-də başa çatacaq.

Axtarış üçün gələn qrup arasında Milli Təhlükəsizlik Nazirliyinin üç əməkdaşı, Baş Prokurorluğun bir nümayəndəsi və Milli Təhlükəsizlik Nazirliyinin iki videooperatoru olub.

Eldar Əzizov qeyd edib ki, hüquq-mühafizə orqanlarının nümayəndələri onların mənzilində Qadın Krizis Mərkəzinin möhürünü və sənədlərini axtarıblar.

Hal şahidi qismində vətəndaş cəmiyyətinin iki fəalı – Samir Kazımlı və Əfqan Muxtarlı iştirak edib.

Qeyd edək ki, jurnalistlər mənzilə buraxılmayıb.

Axtarış yerində Mətanət Əzizovanın hüquqi nümayəndəsi Samirə Ağayeva da iştirak edib. O bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları üç kompüter, o cümlədən M.Əzizovanın yetkinlik yaşına çatmayan oğlunun  kompüterini, fleş-kartları, mənzilin mülk kağızını, bank sənədləri və vizit kartlarını götürüblər.

Xatırladaq ki, mayın 1-də Mətanət Əzizova Baş Prokurorluq tərəfindən dövlətə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirovun işi üzrə dindirilib. Lakin ona daha çox Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun fəaliyyəti haqqında suallar veriblər.  Qadın Krizis Mərkəzi bu İnstitutla eyni ofisdə yerləşir.

Previous Post

Məhkəmə Anar Məmmədlinin işini tez yekunlaşdırmaq istəyir

Next Post

Dövlət ittihamçısı jurnalistə 9 il cəza istədi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.