Jurnalistlərə təzyiq göstərilib

Mayın 6-da NİDA-çılara oxunan hökmə etiraz olaraq məhkəmənin qarşısında aksiya keçirilib. Aksiya zamanı 30-a yaxın adam saxlanılıb. Aksiya zamanı çəkiliş aparan jurnalistlərə qarşı da zorakılıq edilib. Üzərlərində jurnalist gödəkçəsi olduğu halda da polislər jurnalistlərə təzyiq göstərməkdən çəkinməyib. Jurnalistlər itələnib, planşet, komp və  kameraları  əllərindən alıblar.  Bəzi jurnalistlər isə saxlanılıb.  Saxlanılanlar “Yeni Müsavat” qəzetinin reportyoru Məhəmməd Türkmən, “Azadlıq” qəzetinin reportyoru Xalid Qarayev və mediaforum saytının əməkdaşı Amid Süleymanov olub.  Lakin sonradan jurnalistlər sərbəst buraxılıb.

Mayın  7-də Nəsimi Rayon məhkəməsində aksiyada saxlanılan şəxslərin işi üzrə proses keçirilib. Məhkəmənin qarşısında çəkiliş aparmaq istəyən jurnalistlərə  təzyiq edilib.  Obyektiv tv-nin əməkdaşı  Hüseyn Əzizoğlu fiziki təzyiqə məruz qalıb. Mülki geyimdə olan şəxs jurnalisti təpikləsə də,  bunu görən polis müdaxilə etməyib.  Jurnalist xəsarət alıb, kamerası zədələnib və eynəyi  sınıb.

Previous Post

Jurnalisti döyən şəxslər tutulub

Next Post

Məhkəmə Anar Məmmədlinin işini tez yekunlaşdırmaq istəyir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.