JURNALİSTLƏRİ MÜDAFİƏ KOMİTƏSİ QƏNİMƏT ZAHİDİN HƏBSDƏN AZAD OLUNMASINI ALQIŞLAYIR

Martın 22-də Jurnalistləri Müdafiə Komitəsi (JMK) “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin (Zahidov) həbsdən azad olunmasını alqışlayan bəyanat yayıb.

JMK-nın Avropa və Mərkəzi Asiya üzrə Proqram Koordinatoru Nina Oqnianova baş redaktorun azad olunmasından məmnunluq duyduğunu bildirib. “Biz Azərbaycan hökumətini jurnalistika fəaliyyətinə görə həbs olunmuş redaktor Eynulla Fətullayevi və video blogerlər Emin Milli və Adnan Hacızadəni də azad etməklə, daha bir müsbət addım atmağa çağırırıq” – deyə o, bəyanatda bildirir.
Bəyanatda həmçinin “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev və onun ailəsinin ölümlə  hədələnməsi,, bir neçə media nümayəndəsinin Eynulla Fətullayevin açıqlamaları ilə bağlı Milli Təhlükəsizlik Nazirliyində dindirilməsi, həbsdə olan blogerlər Emin Milli və Adnan Hacızadənin apellyasiya şikayətinin  təmin edilməməsinə də toxunulub.
Nyu-yorkda yerləşən JMK dünya miqyasında mətbuat azadlığını müdafiə edən, müstəqil və  gəlir əldə etməyən bir təşkilatdır.
Qeyd edək ki, Qənimət Zahid (Zahidov) 17 mart tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla əfv edilib.
Xatırladaq ki, Qənimət Zahid ( Zahidov) CM- nin 127.2.3 ( xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma ) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətində azadlıqdan məhrum edilmişdi…___

Previous Post

MEDİA HÜQUQU İNSTİTUTUNUN RƏHBƏRİ MÜKAFATA LAYİQ GÖRÜLÜB

Next Post

ƏYYUB KƏRİMOVUN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ İLKİN BAXIŞ İCLASI KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.