ƏYYUB KƏRİMOVUN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ İLKİN BAXIŞ İCLASI KEÇİRİLİB

Bu gün (29 mart) Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə “Femida 007” qəzetinin baş redaktoru Əyyub Kərimovun Daxili İşlər naziri Ramil Usubovun iddiası əsasında Yasamal Rayon Məhkəməsinin çıxardığı hökmdən verdiyi apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

Xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Ə.Kərimov verib. O bildirib ki, iş materiallarında olan bir sıra sənədləri ona təqdim edilməsi ilə bağlı vəsatət qaldırıb. Hakim bu vəsatəti təmin edərək istənilən sənədləri iddiaçıya təqdim etmək üçün  iclası 8 aprel saat 14:00-a kimi təxirə salıb.
Xatırladaq ki, Daxili İşlər naziri Ramil Usubov “Femida 007” qəzetində  “Məktubbazlıq”, “MTN və Baş Prokurorluq çox gözəl bilir ki, sifarişçi kimdir” başlıqlı, “Azadlıq”  qəzetində isə “DİN oyunun içində və oyundankənar vəziyyətdə” sərlövhəli yazıların böhtan xarakterli olduğunu əsas gətirərək, Ə. Kərimova qarşı Cinayət məcəlləsinin 147.2-ci maddəsilə iddia qaldırmış və Yasamal rayon Məhkəməsi isə bu iddiaya əsasən Ə.Kərimovun aylıq gəlirinin 15 faizinin dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri ilə cəzalandırılması barədə hökm çıxarıb.

Previous Post

JURNALİSTLƏRİ MÜDAFİƏ KOMİTƏSİ QƏNİMƏT ZAHİDİN HƏBSDƏN AZAD OLUNMASINI ALQIŞLAYIR

Next Post

BAŞ REDAKTORUN MƏTBUAT ŞURASININ SƏDRİNƏ QARŞI İDDİASI ÜZRƏ PROSES KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.