MEDİA HÜQUQU İNSTİTUTUNUN RƏHBƏRİ MÜKAFATA LAYİQ GÖRÜLÜB

Martın 25-də Londonda “Senzura İndexi”nin 10-cu İfadə Azadlığı mükafatının təqdimat mərasimi keçirilib. Azərbaycanlı vəkil, Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı hüquq və təbliğat mükafatı  təltif olunub.

Bu mükafat ifadə azadlığına yönələn təhdidlərə qarşı mübarizə aparan şəxslərə verilir.
Londonda keçirilən mərasimdə çıxış edən Rəşid Hacılı İfadə azadlığının qorunması, inkişaf etdirilməsi sahəsinə aid olan bu nüfuzlu mükafatı almağımdan məmnun olduğunu bildirib. O, Azərbaycanda tənqidçi müdia nümayəndələrinin həbs və müxtəlif təqiblərə məruz qaldığını qeyd edərək, bu hadisələrin ölkədə ifadə azadlığını məhdudlaşdırdığını deyib.
Xatırladaq ki, “İfadə Azadlığına Senzura İndeksi” beş nominasiya üzrə verilir. Mükafat öz həyatlarını risk altına ataraq, heç kimin toxunmadığı mövzulardan danışan şəxslərə verilir.
Qeyd edək ki, 2002-ci ildən fəaliyyət göstərən Media Hüququ İnstitutu (MHİ) ifadə azadlığına görə təzyiq və təqiblərə məruz qalmış KİV-lərin, media nümayəndələrinin hüquqi müdafiəsi ilə məşğul olur.

Previous Post

VƏKİL ELÇİN SADIQOV EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Next Post

JURNALİSTLƏRİ MÜDAFİƏ KOMİTƏSİ QƏNİMƏT ZAHİDİN HƏBSDƏN AZAD OLUNMASINI ALQIŞLAYIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.