AŞPA -NIN YAY SESSİYASINA QƏDƏR AZƏRBAYCANDAKI JURNALİSTLƏR AZADLIĞA BURAXILMALIDIR

“Biz Avropa Şurasının Azərbaycana siyasi məhbus məsələləri üzrə xüsusi məruzəçi təyin etməsinin tərəfdarı deyilik.”

Bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasında iştirak edən Hüquq Müdafiə Təşkilatları Monitorinq qrupunun üzvü Novella Cəfəroğlu səfərin yekunları ilə bağlı bu gün (23 aprel) keçirilən mətbuat konfransında bildirib.

APA-nın verdiyi xəbərə görə, səfər zamanı hüquq müdafiəçiləri Azərbaycan üzrə həmməruzəçilər Andres Herkel və Yevgeniya Jivkova, İnsan Haqları üzrə Komissar Tomas Hammerberq, Venesia Komissiyasının katibi Canni Bukikkio, “Aqo” Monitorinq Qrupunun üzvləri ilə görüşüblər. Tədbirdə çıxış edən N. Cəfəroğlu bildirib ki, görüşlərdə bir sıra məsələlərlə yanaşı söz azadlığının durumu və həbs olunmuş jurnalistlərlə bağlı müzakirələr də aparılıb.
Hüquq müdafiəçisi Səidə Qocamanlı AŞPA -nın Ermənistanla bağlı qəbul etdiyi qətnaməyə toxunaraq bildirib ki, bu qətnamə Azərbaycan üçün mesajdır: ”Azərbaycan iyun sessiyasına qədər mövcud problemlərin həlli istiqamətində addımlar atmalıdır. O vaxta kimi xəstə məhbuslar və həbsdə olan jurnalistlər azadlığa buraxılmasa, Azərbaycana siyasi məhbus problemi üzrə məruzəçinin təyin olunması məsələsi gündəmə gələ bilər”, – deyə qeyd edən hüquq müdafiəçisi onu da bildirilib ki, görüşlər zamanı “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlillə bağlı  müzakirələr də aparılıb.

Previous Post

“JURNALİSTLƏRİN ŞƏXSİYYƏTİNƏ QARŞI YÖNƏLƏN CİNAYƏT CƏZASIZ QALMAMALIDIR”

Next Post

TƏNQİDƏ GÖRƏ MƏHKƏMƏYƏ ÜZ TUTMUŞ İDDİAÇI BİR SUTKAYA FİKRİNİ DƏQİQLƏŞDİRMƏLİDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.