MAHAL İSMAYILOĞLU BARƏSİNDƏ CİNAYƏT İŞİ YEKUNLAŞARAQ MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ

“Yeni Müsavat” qəzetinin köşə yazarı Mahal İsmayıloğlu ilə bağlı istintaq hərəkətləri yekunlaşaraq Abşeron Rayon Məhkəməsinə göndərilib. Bu xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü verib.

Onun sözlərinə görə ötən gün (22 fevral) Abşeron Rayon Polis İdarəsinə (RPİ) gedərək istintaq materialları və ekspertiza rəyi ilə tanış olaraq protokola imza atıb və iş məhkəməyə göndərilib.
Xatırladaq ki, M. İsmayıloğlu bağ qonşusu olan Daxili İşlər Nazirliyinin əməkdaşı Vahid İmanovun ona qarşı olan şikayəti əsasında iyunun 27-də polisə çağırılmışdı. Şikayətə səbəb guya jurnalistin qonşusunun qulluqçusunu zibili onun qapısına tökdüyünə görə döyməsi olub. Bu səbəbdən M. İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin  221.3-cü maddəsi (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə cinayət işi açılıb.
Previous Post

RATİ ƏMƏKDAŞI NAXÇIVAN MTN-İNDƏ TƏZYİQLƏ ÜZLƏŞİB

Next Post

MÜBARİZ MƏSİMOĞLUNA QARŞI MƏHKƏMƏ PROSESİ YENİDƏN TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.