MÜBARİZ MƏSİMOĞLUNA QARŞI MƏHKƏMƏ PROSESİ YENİDƏN TƏXİRƏ SALINDI

Bu gün (23 fevral) Yasamal Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə Yasamal rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsində Cinayət Məcəlləsinin (CM) 221.2  (xuliqanlıq) maddəsi ilə açılmış cinayət işinə əsasən, "Korrupsiya və Cəmiyyət" jurnalının baş redaktor müavini Mübariz Məsimoğluna və vətəndaş Şakir Abbasova qarşı məhkəmə prosesi keçirilməli idi.

Lakin Ş. Abbasovu vəkili prosesdə iştirak etmədiyinə görə haki prosesi mart ayının 3-ü saat 10:00-a kimi təxirə saldı.
Xatırladaq ki, 2008-ci ilin avqust ayında 218 saylı marşrut avtobusda "Korrupsiya və Cəmiyyət" jurnalının baş redaktorunun müavini Mübariz Məsimoğlu ilə M. Əsədova və E. Carçıyev arasında  mübahisə yaranıb və insidentlə bağlı Yasamal RPİ-nin istintaq şöbəsində  M. Məsimoğluna qarşı CM-nin 221.2  (xuliqanlıq) maddəsi ilə cinayət işi qaldırılıb.
 
Previous Post

MAHAL İSMAYILOĞLU BARƏSİNDƏ CİNAYƏT İŞİ YEKUNLAŞARAQ MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ

Next Post

MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ NORMALDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.