Mərhum jurnalistin cinayət işinin icraatı dayandırılıb

Rafiq-color1

2011-ci ildə qətlə yetirilmiş yazıçı-publisist Rafiq Tağının qətli ilə bağlı başlanmış cinayət işi üzrə icraat dayandırılıb. Bu barədə bu gün (08 yanvar) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna mərhum jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil bildirib ki, Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər Üzrə İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi tərəfindən vəkilə məktub göndərilib və orada cinayət işinin icraatının dayandırıldığı qeyd olunub.

“Hesab edirəm ki, cinayət işinin icraatı Cinayət Prosessual Məcəlləsində qeyd edilmiş cinayəti törədənin müəyyən edilməməsi  əsası ilə dayandırılıb. Həmin qərarla hələ ki, tanış olmamışam. Qeyd edim ki, Rafiq Tağının cinayət işi üzrə ibtidai istintaq  araşdırma aparmayıb. Biz hətta istintaqın səmərəli aparılmaması ilə bağlı məhkəməyə müraciət etmişik, ancaq iddia təmin edilməyib. Qərarın surətini aldıqdan sonra  yenidən məhkəməyə müraciət edəcəyik ”, -deyə vəkil əlavə edib.

Xatırladaq ki, Rafiq Tağı 2011-ci ilin noyabrın 19-da  işdən  evinə qayıdarkən naməlum şəxs tərəfindən 7 bıçaq zərbəsi alıb və 4 gün xəstəxanada müalicə aldıqdan sonra vəfat edib.

Previous Post

Azadlıq Naminə Cəza Çəkənlər

Next Post

Polis əməkdaşları jurnalistin məhkəməsində ziddiyyətli ifadələr veriblər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.