“DALĞA” OMBUDSMAN APARATI QARŞISINDA “MİRZƏ SAKİTƏ SAHİB ÇIXIN” ADI ALTINDA AKSİYA KEÇİRDİ

Bu gün (22 may) “Dalğa” Gənclər hərəkatı Ombudsman Aparatının qarşısında “Mirzə Sakitə sahib çıxın” adı altında aksiya keçirib. 

Ağ parçaya bükülmüş “Dalğa”çı bir gənc rəmzi olaraq kəfənlənmiş Mirzə Sakitin cəsədi (Sakit Zahidov) rolunu oynayib. Gənclər rəmzi cəsədi Ombudsman Aparatının binasının giriş qapısının qarşısında uzadıblar. Digər hərəkatçılar isə onun başına toplaşıblar. 
  Aksiyanın əsas məqsədi ictimaiyyətin diqqətini səhhətində ciddi problemləri olan və həbsdə olan jurnalist Mirzə Sakitin durumuna yönəltmək olub. 
  “Dalğa”çıları qarşılayan Ombudsman Aparatının şöbə müdiri  Vüqar Məhərrəmov  Sakitlə daimi maraqlandıqlarını deyib: “Biz mütəmadi olaraq bu məsələ ilə maraqlanırıq. Əgər onun səhhətində hansısa ciddi bir problem olarsa o, Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülərdi. Dünən 14 saylı cəzaçəkmə müəssisəsində olan Elçin Behbudov da onun səhhətində hansısa bir problemin olduğunu demədi. Sizin müraciətinizi nəzərə alaraq biz yenə də onunla maraqlanarıq”, – deyə o, vurğulayıb.
  Gənclərin keçirdikləri aksiya insidentsiz başa çatıb.

Previous Post

BƏRDƏDƏ QƏZETLƏRİN SATIŞINA QADAĞA QOYULUB

Next Post

AQİL XƏLİLİN DÖYÜLMƏSİ İLƏ BAĞLI BAŞLANMIŞ CİNAYƏT İŞİNƏ XİTAM VERİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.